- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Bu gün “Baksell arena”da keçirilən ölkə kubokunda “Qəbələ” əlavə vaxtda penalti zərbəsi ilə “Neftçi”yə qalib gəldi. Allsport.az saytı xəbər verir ki, oyundan sonra “qara-qırmızılar”ın baş məşqçisi Elmar Baxşiyev bunu dedi:
“Duyğular yüksəkdir. Hər 2 klub yaxşı oynadı. İmkan daxilində yaxşı çıxış etdik. Bu gün bəxt bizim tərəfimizdən idi. Çalışacağıq ki, heyəti qoruyaq, yenə güclənək və daha irəli gedək”.