- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Final görüşüm çox gərgin keçdi. Öncə 2:0 irəlidə idim. Sonra bir məqamda qırılma oldu, hesabda xeyli geri düşdüm, rəqib 8 xal qazandı. Bir an belə məndə şübhə yox idi ki, daha ona çata bilməyəcəm. Çünki əvvəllər qazaxıstanlı rəqibimi udmuşam. Ona görə sakit idim, bilirdim ki, gec-tez vəziyyəti xeyrimə dəyişəcəyəm».
Bunu allsport.az saytına açıqlamasında Camaləddin Məhəmmədov (125 kq) dedi. İslamiadanın qalibi bildirdi ki, yarımfinal tutaşması da çox ağır keçdi: «İranlı rəqibimi tanıyırdım, güclü idmançıdır, dünya çempionudur. Bütün qüvvəmi Sadiqzadəyə qarşı kökləmişdim. Ona normal qalib gəldim».
Təcrübəli bahadır əlavə etdi ki, ayın əvvəli Serbiyada keçirilən Avropa çempionatına qatılmaq istəməyib, bütün diqqətini İslam oyunlarına yönəltməyi düşünüb. Amma məşqçilərin təkidi ilə sonradan fikrindən daşınıb: «Avropa çempionatında iştirak etmək fikrim yox idi. İslamiada Bakıda keçirildiyindən, yaxşı hazırlaşıb evdə uğurlu çıxış etməyi hədəfləmişdim. Lakin məşqçilər heyəti tövsiyyə etdi ki, Avropa çempionatına qatılım, orda açılım. Serbiyada 2-ci yer tutdum, burda qalib oldum. Məşqçilərə təşəkkürümü bildirirəm, onlar mənə həqiqətən düz yol göstərmişdilər».
Camaləddin Məhəmmədov yekunda növbəti hədəflərini açıqladı. Dedi ki, mövsümü yüksək ovqatda bitirməyi düşünür: «İyulda Bakıda Qızıl qran-pri keçiriləcək. Bu çox mötəbər sınaqdır, Azərbaycan paytaxtına güclü güləşçilər gələcək. Avqustda Parisdə dünya çempionatı təşkil olunacaq. Mənim bu yarışda gümüş və bürünc medallarım var. İstəyirəm ki, artıq qızıl mükafatım da olsun».