- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
DÇ-2022-nin seçmə mərhələsində sabah keçiriləcək Azərbaycan – Serbiya oyunu öncəsi mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, matç barədə fikirlərini bildirib:
“İki səfər matçından sonra sabah Bakıda ilk oyunumuza çıxacağıq. Ötən iki matçda bəzi keyfiyyətlərimizi göstərə bildik. Çatışmayan cəhətlərimiz var. Bunları yaxşılaşdırmalıyıq. Serbiya millisi fiziki və texniki cəhətdən güclü komandadır. Heyətində yer alan futbolçuların 95 faizi ölkə xaricində oynayır. Böyük təcrübələri var. Sabah güclü komandaya qarşı oynayacağıq. Təəssüf ki, bizim oyunçularımızda bu təcrübə yoxdur.
Bu da iki komanda arasında fərq yaradır. Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşləri sevindirməkdir. Bizi ağır oyun gözləyir.Emin Mahmudov koronavirusla bağlı çətin dövr keçirdi. Böyük təcrübəyə malik futbolçudur və hazırda əla formadadır. Seçmə mərhələdən əvvəl onunla ayrıca görüşüb danışmışam. Onun haqda fərqli fikirdə idim, amma görüşdən sonra fikrim dəyişdi. Ağıllı, ölkəsinə, vətəninə sadiq insandır”.