Canni De Byazi: “Millidə mentaliteti düzəltməliyik”

Yığmamızın yeni baş məşqçisi Canni De Byazinin Millətlər liqasında Lüksemburqla oyun öncəsi mətbuat konfransı təşkil edilib. Allsport.az xəbər verir ki, italiyalı mütəxəss soyun barədə fikrini bölüşüb:

“Çox sakitəm. Xeyli müddət futboldan kənar olmağıma rəğmən, işə başlayanda bütün enerjimi bura yönəldə bilirəm. Azərbaycan komandasında çalışmaq yeni çağırışdır. Dekabrda İtaliya “A” seriyasında çıxış edən klubdan gələn təklifi rədd etdim. Hesab edirəm ki, Azərbaycanla işləmək karyeramda yeni və maraqlı mərhələdir.

Gündə 18 saat çalışıb burada mentalitetdən tutmuş hər xırda detalı öyrənməyə səy göstərmişik. 9 gündə 12 məşq olub. Lüksemburq son dönəmdə inkişaf edib. Rəqib latın Amerikasından xeyli futbolçu milliləşdirib.

Azərbaycan yığmasının 5 günə 2 oyun keçirməkdə çətinlik çəkməsinə gəlincə, fikrimcə, fiziki baxımdan yox, mentaliteti düzəltməliyik. Bu şəraitdə hamı oynayır. Onlarda alınır, bizdə yox. Demək, bunu düzəltməliyik. İlk görüşü udanda, növbəti oyuna rahat hazırlaşmaq olur”.

Həmin kateqoriyadan