- Baxış sayı: 83
- 07 Mart 2025 21:38
- Baxış sayı: 96
- Aprel 20, 2025
- 0
Türkiyə PTT 1-ci Liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Ufuq Budaqla Vaqif Cavadovun komandası – “Qaziantəp BB” doğma meydanda digər azərbaycanlı futbolçu Ayaz Mehdiyevin çıxış etdiyi “Girəsunspor”u qəbul edib.
Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Xeyli müddətdir zədəli olan Ayazın adı bu dəfə də matçın iştirak ərizəsinə salınmayıb. Ufuq start heyətdə çıxdığı matçın sonuna kimi meydanda olub. Vaqif isə qarşılaşmanın 59-cu dəqiqəsində mübarizəyə qoşulub.
Qeyd edək ki, “Girəsunspor” 21 xalla 8-ci, “Qaziantəp BB” isə 20 xalla 11-ci pillədə qərarlaşıb.