- Baxış sayı: 148
- 21 Oktyabr 2025 19:23
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası – “Elazığspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında “Boluspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Cavid qarşılaşmanın 46-cı dəqiqəsindən mübarizəyə qoşulub.
Qeyd edək ki, “Elazığspor” hazırda 22 xalla 5-ci yerdə gedir.