- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
UEFA-nın prezidenti Aleksander Çeferin koronavirusa görə dayandırılan futbol çempionatları barədə danışıb. Allsport.az xəbər verir ki, sloveniyalı funksioner oyunları davam etdirmək fikrində olduqlarını bildirib:
“Əsas odur ki, oyunçular, məşqçilər və azarkeşlər sağlam qalsın. Liqaların bərpa edilib, başa çatdırılmasına inamım var. Azarkeşlər olmadan da davam edə bilərik. Ən önəmli olan çempionatları bərpa etməkdir. Belə günlərdə insanlara az da olsa, sevinc bəxş ediləcək. Azarkeşsiz oynamaq futbolsuz qalmaqdan yaxşıdır. Bu durum müvəqqətidir və zamanla həyat axarına düşəcək. Buna əminəm.
Əgər cavabdehlər “yaşıl işıq” yandırsa, məşqlər bərpa edilə bilər. Oyunların bərpası üçün bir müddət vaxt lazımdır və bunu müzakirə etməliyik. Mövsümün başa çatdırılmayacağını söyləmək indidən tezdir. Əgər tez qayıtsaq, avrokuboklar və yerli liqalar paralel davam edəcək. Turnirləri oktyabr-noyabrda başa çatdırmaq mənə qəribə gəlir. Əgər bu, baş versə, gələn mövsümə təsiri olacaq”.