Cekson sərt cəzalandırıldı

Almaniya futbol fttifaqının (DFB) nəzarət komitəsi “Bavariya”nın hücumçusu Nikolas Ceksonu sərt cəzalandırıb.

Allsport.az xəbər verir ki, 24 yaşlı seneqallı futbolçu bundesliqanın XXVI turunda “Bayer”lə matçda (1:1) aldığı birbaşa qırmızı vərəqəyə görə iki oyunluq diskvalifikasiya olunub. O, görüşün 41-ci dəqiqəsində rəqib vinger Marten Terryeyə qarşı kobud oyununa görə meydandan qovulmuşdu.

Beləliklə, Cekson “Yunion” (21 mart) və “Frayburq”la (4 aprel) keçiriləcək oyunlarda komandasına kömək edə bilməyəcək.

O, cari mövsüm 25 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan