- Baxış sayı: 37
- 25 Sentyabr 2026 18:34
- Baxış sayı: 82
- Sentyabr 25, 2026
- 0

10–16 martda Antalyada idman gimnastikası üzrə dünya kuboku keçirilir.
Allsport.az xəbər verir ki, bu yarışda ölkəmizi Dəniz Əliyeva, Nazənin Teymurova, Rəsul Əhmədzadə, Aydın Əlizadə və Nikita Simonov təmsil edirlər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov sevimli proqramı olan halqalarda final mərhələsinə yüksəlib. Finalda 14.100 xal toplayan gimnastımız bürünc medalın sahibi olub.