- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 110
- Sentyabr 23, 2026
- 0

Xuan Laporta yenidən “Barselona”nın prezidenti seçilib.
Allsport.az xəbər verir ki, 63 yaşlı funksioner böyük üstünlüklə qələbə qazanıb.
Səsvermənin nəticələrinə əsasən, Laporta 68,18% səs toplayaraq rəqibi Viktor Fontu (29,78%) geridə qoyub. Seçicilərin 2,04%-i isə heç bir namizədə səs verməyib. Bu qələbə ilə Laporta 2031-ci ilə qədər “Barselona”ya rəhbərlik edəcək.
O, daha əvvəl 2003-2010-cu illərdə və 2021-2026-cı illərdə də “Barsa”nın prezidenti olub.