“Çelsi” cəza ilə razılaşdı

“Çelsi” klubu Roman Abramoviç dövründəki (2011-2018) maliyyə pozuntularına görə İngiltərə premyer liqası ilə razılığa gəlib və tətbiq olunan sanksiyaları qəbul edib.

Allsport.az xəbər verir ki, müstəqil komissiyanın qərarı ilə London klubu 10,75 milyon funt-sterlinq (12,47 milyon avro) məbləğində cərimələnib.

Eyni zamanda, klubun akademiyasına digər komandalardan gələn gənc oyunçuların qeydiyyatına dərhal qüvvəyə minən 9 aylıq qadağa qoyulub. Əsas komanda üçün isə 2 illik sınaq müddəti müəyyən edilib. Bu müddətdə qaydalar yenidən pozulacağı təqdirdə kluba 1 illik transfer qadağası tətbiq olunacaq. Klub rəsmi bəyanatında bu pozuntular barədə 2022-ci ildə könüllü məlumat verdiyini və məsələnin yekunlaşmasından məmnun olduğunu bildirib.

Həmin kateqoriyadan