“Çelsi” yanvarda ondan qurtulmaq istəyir

Ukraynalı vinger Mixail Mudrik bu mövsüm “Çelsi”ni tərk edə bilər. Allsport.az saytı xəbər verir ki, London klubu qış transfer pəncərəsində futbolçudan yaxa qurtarmaq niyyətindədir və ukraynalının özü də daha çox oyun vaxtı əldə etmək istəyir.

“Zadəganlar” tam hüquqlu transferi başa vuraraq, onu birdəfəlik buraxmağa hazırdır. Mixail 2023-cü ilin yanvarında 70 milyon avroya “Şaxtyor”dan keçib. Bu mövsüm 4 oyununda iştirak edib və 1 məhsuldar ötürmə edib. Ümumilikdə 225 dəqiqə meydanda olub.

Həmin kateqoriyadan