“Çelsi”dəki “casus” qalmaqalına aydınlıq gətirdi

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor çempionlar liqasının 1/8 final mərhələsində PSJ ilə hər iki oyundan əvvəl komandanın heyəti barədə məlumatları rəqibə ötürən şəxslə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Allsport.az xəbər verir ki, mütəxəssis artıq həmin şəxsin kimliyini bildiklərini və məsələnin həll olunduğunu vurğulayıb:

“Həmin şəxsin kim olduğunu bilirik. Bu, mənə və ya komandaya qarşı qərəzli şəkildə edilməyib. Mənbəni müəyyənləşdirmişik və vəziyyəti qaydasına qoymuşuq”.

Rosenyor “casus”un adını açıqlamaqdan imtina etsə də, sızıntının futbolçular tərəfindən deyil, kənardan baş verdiyini qeyd edib.

“Çelsi” Paris təmsilçisinə hər iki matçda böyük hesabla (2:5 və 0:3) məğlub olaraq turnirlə vidalaşıb.

Həmin kateqoriyadan