- Baxış sayı: 44
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, 3 iyul 3×3 basketbol üzrə dünya qadın seriyasının İsraildə keçirilən Netanya mərhələsinin final görüşü baş tutub.
Təmsilçimiz “Neftçi” finalda güclü Çin millisi ilə qarşılaşıb və rəqibini 16:12 hesabı ilə məğlub edərək Netanya mərhələsinin çempionu olub.
Finalın ən dəyərli oyunçusu (MVP) Azərbaycan klubunun üzvü Brianna Freyzer seçilib.
Komandamızın məğlub etdiyi Çin millisi reytinq xallarına görə dünya qadın seriyasının bir nömrəsi və üç qat qalibdir.