- Baxış sayı: 29
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 7-ci turunda “Sumqayıt” səfərdə “Sabah”ə 2:1 məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu söyləyib:
“Ölkəmiz müharibə şəraitindədir, bütün diqqətimiz ordadır. Allah əsgərlərimizin köməyi olsun. Şəhid olanlara isə rəhmət diləyirəm. Çempionat get-gedə çətinləşir. İsti hava şəraiti və oyunun tez başlamasına rəğmən önəmli qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm.
Gənc futbolçumuz Səbuhi Abdullazadənin son dəqiqədə qol vurməsı isə bizi ikiqat sevindirir. Bu gün bütün sumqayıtlılar bizdən çox şey gözləyir. Onlara da əlimizdən gələni sona qədər edəcəyimizi söyləmək istəyirəm. Ümumən isə, oyundan razı qaldım. Bugünkü qələbəni unudub, növbəti oyunlara hazırlaşacağıq”.