Çempionatın ən çox oyun keçirən əlcək sahibləri

Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçı Fərhad Vəliyevdir. Allsport.az xəbər verir ki, qolkiper turnirdə 282 matça çıxıb.

İkinci yerdə Rauf Mehdiyevdir. O, rekorddan 11 oyun geridədir. İlk “üçlüy”ü Cahangir Həsənzadə tamamlayır.

Karyerasını davam etdirən futbolçular arasında ən yüksək göstərici Anar Nəzirova məxsusdur. 4-cü sırada qərarlaşan qolkiperin rekorda 32 oyunu qalıb.

Ən çox görüşə çıxan əcnəbi qapıçı Saşa Stamenkoviç ümumi siyahıda 17-cidir. Ondan iki pillə geri qalan Kamal Bayramov da karyerasını premyer liqada davam etdirənlərdəndir. Kamran AğayevSəlahət Ağayev “Top-20”də yer alsa da, cari mövsümdə iştirak etməyib.

Həmin kateqoriyadan