Çempionlar liqasında 1/8 finalın püşkü atılıb

Çempionlar liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Allsport.az xəbər verir ki, Madrid “Real”ı “Mançester Siti”yə rəqib olub. Turnirin son qalibi “Liverpul” “Atletiko” ilə qarşılaşacaq.

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək.

“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa)
“Real” (Madrid, İspaniya) – “Mançester Siti” (İngiltərə)
“Atalanta” (İtaliya) – “Valensiya” (İspaniya)
“Atletiko” (Madrid, İspaniya) – “Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə) – “Bayern” (Münhen, Almaniya)
“Lion” (Fransa) – “Yuventus” (İtaliya)
“Tottenhem” (İngiltərə) – “Leyptsiq” (Almaniya)
“Napoli” (İtaliya) – “Barselona” (İspaniya).

Həmin kateqoriyadan