- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
UEFA çempionlar liqasının ilkin təsnifat mərhələsində “Linfild”lə oyun öncəsi iki futbolçusu koronavirusa yoluxan “Drita”ya texniki məğlubiyyət verib. Allsport.az xəbər verir ki, Kosovo təmsilçisi Şimali İrlandiya klubunu avqustun 11-də qəbul etməli idi.
Lakin meydan sahiblərinin iki futbolçusunda Covid-19 aşkarlandığı üçün komanda karantinə alınmışdı. UEFA açıqlamasında “Drita”ya 0:3 hesablı texniki məğlubiyyət verildiyini və “Linfild”in I təsnifat mərhələsinə yüksəldiyini qeyd edib.
“Linfild” I təsnifat mərhələsində Polşa çempionu “Legiya” ilə qarşılaşacaq.