“Çempionlar liqasını qazanmaq üçün “Siti”yə qalib gəlməlisən”

“Real”ın müdafiəçisi Antonio Rüdiger çempionlar liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə keçiriləcək cavab oyunu öncəsi iddialı danışıb.

Allsport.az xəbər verir ki, ilk matçda qazanılan 3:0 hesablı qələbəyə baxmayaraq, almaniyalı futbolçu rəqibə ciddi yanaşdıqlarını bildirib:

“Belə anlar üçün çalışırıq. Əgər çempionlar liqasını qazanmaq istəyirsənsə, mütləq Avropanın ən yaxşılarından olan “Siti”yə qalib gəlməlisən. Hazırda özümü əla hiss edirəm, formamın zirvəsindəyəm və komandaya kömək etməyə hazıram”.

33 yaşlı müdafiəçi Madrid klubu ilə yeni müqavilə məsələsinə də toxunub: “Əminəm ki, klubla ortaq məxrəcə gələcəyik. Amma indi bu barədə danışmağın vaxtı deyil”.

Həmin kateqoriyadan