- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
UEFA-ya üzv olan 55 federasiya çempionlar liqasının formatını 2024-cü ildən dəyişdirmək təklifini dəstəkləyib. Allsport.az xəbər verir ki, bu məsələ UEFA-nın prezidenti Aleksander Çeferinin rəhbərliyi ilə keçirilən videokonfransda müzakirə edilib.
Bununla bağlı son qərar böyük ehtimalla aprel ayında veriləcək. UEFA çempionlar liqasının islahatı iştirakçı komandaların sayının 32-dən 36-ya qaldırıb, bununla da qrup mərhələsindəki hər bir komandanın oyun sayının altıdan ona yüksəldilməsini nəzərdə tutur. 8 qrupun hazırkı formatı da dəyişdiriləcək və turnir İsveçrə sistemi üzrə oynanılacaq.
Bundan sonra formalaşacaq turnir cədvəlinə görə, ilk səkkizlikdə qərarlaşan komandalar birbaşa olaraq özlərinə səkkizdəbir finala çıxmağı təmin edəcəklər. Digər 16 komanda pley-offa çıxmağı təmin etmək üçün matçlarda oynamalı olacaq.