- Baxış sayı: 14
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
Avropanın əksər ölkələrində 2018-19 mövsümünə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bəzi klublar çempionluq seriyasını davam etdiriblər. Xüsusən də, “böyük beşlik” ölkələrində “Yuventus” və “Bavariya”nın uğurunu qeyd etmək olar. “Qoca sinyora” ardıcıl 8-ci dəfə “A” seriyasını zirvədə tamamlayıbsa, 2012/13 mövsümündən bəri Bundesliqada qızıl medalları heç kimə verməyən münhenlilərdə bu say 7-dir.
Matc.az-ın məlumatına görə, TNS, “Seltik” və “Ludoqorets” də “Yuventus” kimi, 8 ildir ki, öz ölkələrində hegemonluq edirlər. Azərbaycan Premyer Liqasını çempion kimi tamamlayan “Qarabağ” da “qızıla abunəçilər” sırasında yer alıb. Ağdam təmsilçisi ardıcıl 6-cı dəfə ölkə birinciliyində bütün rəqiblərini qabaqlayıb.
Bu baxımından rekord “Linkoln” klubuna məxsusdu. Bu komanda ardıcıl 14 il Cəbəllütariq çempionatının qalibi olub. BATE-də bu say 13-dü və Belarus klubunun seriyası davam edir. Sadəcə, həmin ölkədə 2019-cu il mövsümü yeni start götürüb.
Çempionluq seriyası davam edənlər:8. “Yuventus” (İtaliya): 2011/12 – …8. TNS (Uels): 2011/12 – …8. “Seltik” (Şotlandiya): 2011/12 – …8. “Ludoqorets” (Bolqarıstan): 2011/12 – …7. APOEL (Kipr): 2012/13 – …7. “Bavariya” (Almaniya): 2012/13 – …6. “Qarabağ” (Azərbaycan): 2013/14 – …6. “Zalsburq” (Avstriya): 2013/14 – …
Ardıcıl ən çox çempion olanlar:14. “Linkoln” (Cəbəllütariq): 2002/03–2015/1614. “Skonto” (Latviya): 1991–200413. BATE (Belarus): 2006–…13. “Rusenborq” (Norveç): 1992-200411. “Dinamo” (Zaqreb, Xorvatiya): 2005/06–2015/1610. “Dinamo” (Tbilisi, Gürcüstan): 1990–199910. “Dinamo” (Berlin, Şərqi Almaniya): 1978/79–1987/8810. MTK (Macarıstan): 1914, 1917–192510. “Pünik” (Ermənistan): 2001–201010. “Şerif” (Moldova): 2001–2010