“Çernomorets”in yeni çalışdırıcısı

Rusiyanın “Çernomorets” klubunun baş məşqçisi vəzifəsinə vaxtilə bu komandanın şərəfini qorumuş Denis Popov təyin edilib.

Allsport.az xəbər verir ki, yeni baş məşqçinin köməkçiləri və texniki heyəti dəyişməz qalıb.

Məşqçilik karyerasına 2016-cı ildə başlayan Popov ötən müddət ərzində “Drujba”, Minsk “Dinamo”su, Rostov SQA-sı və “Ufa” kimi klublarda müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildə PFL-in “Pereprava” turnirində qalib gələrək yarışın ən yaxşı məşqçisi seçilən mütəxəssis, son olaraq II liqada “Murom” komandasına rəhbərlik edib. Hazırda “Çernomorets” 21 oyundan sonra topladığı 24 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan