- Baxış sayı: 13
- 05 Mart 2026 14:24
- Baxış sayı: 73
- Mart 02, 2026
- 0

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard Mersisayd təmsilçisinin İngiltərə premyer liqasında “Vulverhempton”a məğlubiyyətini (1:2) şərh edərkən komandanın çıxışını kəskin tənqid edib.
Allsport.az xəbər verir ki, TNT Sports telekanalına müsahibə verən Cerrard komandanın oyun sürətinin və keyfiyyətinin aşağı olduğunu bildirib. O, xüsusilə hücumçu Kodi Qakponun performansından narazılığını ifadə edərək, baş məşqçi Arne Slota heyətdə dəyişiklik etməyi tövsiyə edib.
“Liverpul” 65 dəqiqə ərzində oyunun gedişatını dəyişməyə çalışsa da, kifayət qədər qol epizodu yarada bilmədi. Komandada sürət və keyfiyyət çatışmır. Slot artıq Rio Nqumoanı əsas heyətdə oynatmalıdır. O, Qakpodan daha aktivdir və İngiltərə kuboku matçında start heyətində yer almağa layiqdir”, – deyə S.Cerrard qeyd edib.
Son 9 oyunda cəmi bir qol vuran K.Qakponun performansı azarkeşlər və mütəxəssislər tərəfindən birmənalı qarşılanmır.