- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 94
- Noyabr 21, 2024
- 0
Avropa liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç açıqlama verib. Allsport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis “Qarabağ” barədə danışıb:
“Pley-offa daha yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ı diqqətlə öyrənməliyik. Düşünürəm ki, bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik. Məqsədimiz qrupa vəsiqə qazanmaqdır. Polşa çempionatındakı görüşümüzün təxirə salınması “Qarabağ”la matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq”.
“Legiya” – “”Qarabağ” oyunu oktyabrın 1-də Varşavada keçiriləcək.