- Baxış sayı: 99
- 10 Mart 2025 14:59
- Baxış sayı: 95
- Aprel 14, 2025
- 0
12 apreldə cari ilin ilk cıdır yarışları baş tutub.
Allsport.az xəbər verir ki, Qarabağ atlarının iştirakı ilə keçirilən yarışlarda yerli atçılıq ictimaiyyətinin nümayəndələri və atsevərlər iştirak ediblər.
Yarış proqramı çərçivəsində 10 atın mübarizə apardığı 2 qaçış təşkil olunub. Dörd yaşlı Qarabağ atları arasında keçirilən qaçışda Hilal Nəzərov “Ada” ləqəbli atla birinci, Azər Əliyev “Senator” ləqəbli atla ikinci, Rauf Tahirov isə “Həkəri” ləqəbli atla üçüncü yeri tutub.
Beş yaş və yuxarı Qarabağ atlarının yarışında isə qalib yenə Hilal Nəzərov olub – bu dəfə “Xatun” ləqəbli atla birinci yerin sahibi adını qazanıb. İkinci yerə “Kainat” ləqəbli atla Azər Əliyev, üçüncü yerə isə “Buta” ləqəbli atla İsgəndər Allahverdiyev layiq görülüb.
Növbəti cıdır yarışlarının 26 apreldə keçirilməsi planlaşdırılır.