“Çılğın oyun idi, mən çox yoruldum”

“Yuventus”un hücumçusu Duşan Vlahoviç çempionlar liqasının 2-ci turunun matçında “Leypsiq” üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Allsport.az xəbər verir ki, serbiyalı ulduz futbolçu qələbənin çətin olduğunu deyib: “Çılğın oyun idi, mən çox yoruldum, amma inanılmaz dərəcədə xoşbəxtəm. İki qol vurduğum üçün sevinirəm, amma qələbəyə daha çox sevinirəm. Əla məşqçisi olan böyük komandaya qarşı çətin oyun oldu.”
Duşan Vlahoviç bu oyunda dubl edib və matçın ən yaxşı oyunçusu seçilib.

Həmin kateqoriyadan