- Baxış sayı: 41
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 47
- Dekabr 12, 2025
- 0

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə “A” qrupunda mübarizə aparacaq. Oyunlar iyulun 5-dən 9-dək “Su idman sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək. Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
5 iyul. Saat 18:45
Azərbaycan – Moldova
6 iyul. Saat 18:45
Azərbaycan – Estoniya
7 iyul. Saat 18:45
Azərbaycan – İtaliya