- Baxış sayı: 37
- 07 Yanvar 2025 21:12
- Baxış sayı: 614
- Yanvar 03, 2025
- 0
Su idmanı sarayının 4 meydançasında çimərlik voleybolu üzrə Azərbaycan çempionatına yekun vurulub. “Heydər Əliyev İli” çərçivəsində finalda həm qadın, həm də kişilər arasında çempionlar bəlli olub.
Qadınların yarışında Nərmin Musayeva/Çinarə Quliyeva (“Azərreyl-1”), kişilərin mübarizəsində Asif Əliyev/Heydər Məmmədli (MOİK) cütü bürünc medallara sahib çıxıblar.
Sonra həlledici görüşlər baş tutub. Larisa Smeltsova/Fidan Əhmədxanova (“Azərreyl”) cütü Leyla Parşkova/Fidan Fərzullayeva (“Gəncə”) çütünə 2:0 qalib gəliblər.
Bu qarşılaşmanın ardından kişi voleybolçular çempionu müəyyən etmək üçün qum üzərinə çıxıblar. Gərgin mübarizədə Vüqar Bayramov/Ülvi Rəcəblini (“Murov Az Terminal-1”) 2:1 hesabı ilə məğlub edən Vadim Kutukov/Elmin Alışanov (“Murov Az Terminal-2”) cütü qızıl medala sahib çıxıb.