- Baxış sayı: 23
- 26 Mart 2026 10:33
- Baxış sayı: 218
- Mart 25, 2026
- 0

UEFA nümayəndələri jurnalistlərə çempionlar liqasının hazırkı pley-off formatının gələn mövsüm üçün saxlanılacağını təsdiqləyiblər.
Allsport.az xəbər verir ki, pley-off mərhələsində əlavə hissələrin aradan qaldırılması təklifi klub yarışları komitəsində müzakirə edilsə də, qəbul edilməyib.
Bundan əvvəl UEFA-nın futbolçuların oyun yükünü azaltmaq üçün iki qarşılaşma arasında ümumi hesabda heç-heçə olacağı təqdirdə əsas vaxtdan dərhal sonra əlavə vaxtı aradan qaldırmaq və penaltilər seriyasına keçmək imkanlarını nəzərdən keçirdiyi bildirilirdi.