- Baxış sayı: 165
- 11 Fevral 2026 20:49
- Baxış sayı: 56
- Mart 02, 2026
- 0

“Böyük Dəbilqə” yarışlarının 24-qat çempionu Novak Cokoviç Brisbendə (Avstraliya) keçirilən ATP-250 turnirində 1/4 finala yüksəlib.
Allsport.az xəbər verir ki, serbiyalı tennisçi ikinci mərhələdə reytinqdə 55-ci olan fransalı Qael Monfilsə 6:3, 6:3 hesabı ilə qalib gəlib. Görüş 1 saat 12 dəqiqə davam edib.
Bundan sonra Novak Cokoviç dünya reytinqinin sabiq 17-ci Reyli Opelka ilə qarşılaşacaq. Brisbendəki turnir yanvarın 5-dək davam edəcək.