COP-29 ərəfəsində əks-azərbaycançılara AİJA-nın üzvü də qoşuldu

Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin 5 bölgəsi arasında rotasiya olunur. Azərbaycan – tərəflər konfransının bu ilin noyabrında paytaxtda 29-cu sessiyasına (COP-29) sədrlik edəcək. Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Toplantının məkanı Bakı olimpiya stadionu seçilib. Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədi ilə, COP-29 sədrliyi, iddiaların artırılması və fəaliyyətə təkan vermək üçün, bir-birini qarşılıqlı şəkildə dəstəkləyən 2 istiqamətə əsaslanan plan hazırlayıb.

Amma iç və dış xain qüvvələr hər vəchlə bunu pozmağa çalışır, Odlar yurdunun qalib olmasını həzm edə bilmir və bölgədə güclənməsini istəmirlər. Siyasi istiqamətdə həmləyə idman sahəsindən də təsir etməyə başlayıblar. Bu günlərdə Bakıda keçirilən Formula-1 üzrə dünya çempionatı çərçivəsində Azərbaycan mükafat yarışı həmin insanlar üçün əlverişli məqam olub. Çünki əks-azərbaycançılar hər zaman ölkədə təşkil olunan nüfuzlu beynəlxalq tədbir ərəfəsində fəallaşır, mənasız və yersiz əsaslarla ovqatı korlamağa və durumu gərginləşdirməyə çalışırlar.

Prosport.az saytının təsisçisi Səbuhi Musanın “Bakı Şəhər Halqasının media səriştəsizliyi: Qurum özünü güldürməkdə davam edir” yazısından sonra, onun və yaxın həmkarlarının da bu cəbhədə yer alması şübhə doğurmur. Hər kəsə bəllidir ki, Formula-1 üzrə Azərbaycan qran prisi hökumətin bir layihəsidir və ölkəni dünyada tanıtmağa xidmət edir. Bu kübar əyləncəli tədbirin sayəsində paytaxta qonaqlaırn sayı ildən-ilə daha artır. Odlar yurdunu ən çox rusiyalılar ziyarət etsə də, Hindistan gələnlərin sayında artıma görə 1-cidir.

İlk 8 ayda ölkəyə gələn turistlərin 28.7 faizi şimal qonşumuzun payına düşüb. Sonrakı yerləri 16.2 faizlə Türkiyə, 9.2 faizlə Hindistan, 8.1 faizlə İran, 4.4 faizlə Səudiyyə Ərəbistanı, 4.0 faizlə Gürcüstan, 3.3 faizlə Qazaxıstan, 2.8 faizlə Pakistan bölüşdürüb. Ərəb ölkələrindən gələnlərin sayında daha çox artım qeydə alınıb. Həmin müddətdə körfəz ölkələrindən gələnlərin sayı 34,5 faiz, Avropa İttifaqından gələnlərin sayı 27,5 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 20,5 faiz artıb.

Amma görünən odur ki, ölkənin inkişafı adı çəkilən idman jurnalistini qane etmir və o fürsət düşdükcə, Bakı şəhər halqası əməliyyat şirkətini (BŞHƏŞ) ləkələməyə çalışır. Cari mövsümdə Beynəlxalq avtomobil federasiyası (FİA) media qeydiyyatını yenidən sərtləşdirib. Onun əsas tələbinə görə, baş redaktorlar, bloqçular və bu idman növünü zəif işıqlandıranlar yarışa akkreditə olunmurlar. Rəsmi yayımçıdan başqa, digərlərinə çəkiliş etmək yasaqdır; xəbərə şəkil yerləşdirmək məsələsində məhdudiyyət var. Üstəlik, KİV-də Formula-1 ilə bağlı ayrıca bölmə olmalıdır və dünya çempionatının mərhələləri daim işıqlandırılmalıdır. Bununla bağlı BŞHƏŞ daim məşğələlər keçib və yerli mətbuatı maarifləndirib. İnsaf naminə, ilk mövsümdən bizimkilər KİV-in daha geniş tərkibdə qeydyyatdan keçməsi üçün, müntəzəm olaraq FİA ilə iş aparır (baxmayaraq ki, bir çoxu buna haqq etmir). Akkreditədən keçə bilməyənlərə yaxşı yerlərdə biletlər hədiyyə edir. Bu cərgədə ictimai-siyasi media orqanlarının rəhbərləri də yer alırlar.

Allsport.az-a gəlincə, ilk dönəmdən BŞHƏŞ ilə əməkdaşlıq edir və 2017-ci ildən bəri keçirilmiş 8 Azərbaycan qran prisinin 7-sində FİA tərəfindən akkreditə olunub. Ötən ilin martında Media reyestrindən qeydiyyatdan keçib. Həftəiçi hər gün orta hesabla 30-40 xəbər paylaşılır. Portalda ayrıca “Formula-1” bölməsi mövcuddur. Müntəzəm olaraq, hər il təqvim üzrə qran priləri işıqlandırılır. Bu növdə 29 səhifə var. Saytın quruluşuna əsasən, 1 pəncərədə 50 xəbər olduqda, avtomatik digəri yaranır. Demək, bu katerqoriyada indiyədək 1450 yazı yerləşdirilib. Azdırmı? Səbuhi Musa, səndə nə qədərdir? Cəmi, 46! Hələ utanmadan Bakı şəhər halqasında çalışan fədakar və zəhmətkeş insanları səriştəsizlikdə günahlandırır. Hələ də anlamır ki, tənbəllərin, digərinin məhsulunu mənimsəyənlərin, günə 1-2, ən çoxu 5-10 xəbər qoyan həvəskar saytların dövrü bitmək üzrədir.

Atalarımızın yaxşı sözü var: Kor kora kor deməsə, bağrı çatlar. Prosport.az-da yazını oxuduqca, aşağı enib Livskordan sayğaca baxdım. Bir nəfər vardı. Təbii ki, o da özüm idim. Bizi birinci özünə batır, sonra başqasına. Belə İP dərdi çəkənsənsə, xəbərlərinə baxış sayını niyə gizlədirsən? Çalışdığı yerlərdə daim redaksiyaya keçikən, sonra mübahisə ilə ayrılan, axır işlədiyi report.az-da gecikib dava saldığına görə qovulan, AİPS üzvü olsa da beynəlxalq qaydalardan bixəbər, təşkilatçılar tərəfindən süfrəyə dəvət edilən həmkarlarının da bostanına daş atıb.

Sitat: ““Prosport” ildə bir dəfə “Formula 1” üçün, orada verilən banket qonaqlıqlar üçün idman jurnalisti olanların yeri deyil”. Əgər belədirsə, onda niyə Mingəçevirdə “Ağsaray” mehmanxanasında və milli mətbuat günü “Çanaqqala”da arağın küpünə girirdin?! Doymaq da bilmirdiz. Hələ bu il gördüklərimi nəzərdə tuturam. Olmaya, həndbol federasiyasını məqsədli tənqid edən, sonra görüş istəyən, rəhbərliklə söhbət zamanı istədiyini almayınca, yenidən qərəzli yazılarından xəbərimiz yoxdur?

Özünün bildirdiyinə görə, Azərbaycan qran prisinə qeydiyyat üçün müraciət etməyib. Belədə, onun başqasının dərdini çəkməsinin arxasında hansısa marağın və ya xidmətin dayanması şübhəsizdir. Müəllifin yazısından məlum olur ki, guya GİN-in fotoqrafı Dilavər Nəcəfovla idman.biz-in əməkdaşı Zəki Feyzullayevin akkreditə almalarında BŞHƏŞ yardımçı olmayıb. Buna görə də, məsələni araşdırmadan, yerli şirkəti sərt tənqid edib. Halbuki adı ilk çəkilən həmkarımız öz sosial hesabında səhhətinə görə bu mövsüm qeydiyyat üçün müraciət etmədiyini bildirib.

Bəllidir ki, bu qurumla idman nazirliyi bir-birinə çox sıx bağlıdır. Tez-tez birgə ortaq tədbirlər keçirirlər. Başqa sözlə, yerli təşkilatçı giriş üçün vəsiqənin əldə etmək imkanına malikdir. Necə ki, söz-söhbət olmasın deyə, Dilavər Nəcəfova akkreditə verildi və o, az müddətdə iş başında oldu. Hökmən gərək media qeydiyyatı olsun? Adi durumda AİPS üzvünün özünü belə naşı aparması assosiasiyanın nüfuzunu zədələyir və orada təsadüfi adamların da yer almasını göstərir. Yanaşmada qərəz də öz yerində…

Bir neçə gün vardı, Səbuhini dərd götürmüşdü, başqa bir dərdi yoxdu, allsport.az dərdiydi dərdi. Onun bu dərdə kim(lər) salmışdı? Burada bir neçə ehtimal var: Birincisi, bunu yazanda, yəqin sərxoş olub. Bir az spirtli içki içəndə, üzü qızarır və qorxunc hala düşür. İkincisi, BCC vasitəsi ilə FİA-dan imtina cavabı alanlar – ona dost həmkarları, eləcə də AİJA üzvləri – estafet.az-ın rəhbəri Natiq Nəsirova, innews.media.az-ın təsisçisi Bəhruz Məmmədova və offsideplus.az-dan İlkin Sultanlıya xoş getsin deyə, canfəşanlığa çalışıb. Kim bilir, bəlkə də onlardan hansısa biri öyrədib. Üstəlik, AİJA, GİN-in AİJİB ilə birləşmə təklifindən yayındığından, idman mediasında durğunluqda maraqlı görünür.

Üçüncüsü, diasporla iş üzrə dövlət komitəsinin sədri Fuad Muradovu pis vəziyyətdə qoymaq. Hər kəsə məlumdur ki, BŞHƏŞ və gimnastika federasiyası GİN-nın əsas cinahlarını təşkil edir. Bu qurumları əsassız tənqid etmək, dolayısı ilə idman nazirliyinə sataşmaqdır (yazının son abzasında GİN – tabeliyində olan əməkdaşları artıq yükləmədə ittiham olunur), heyif almaq üçün fürsət gözləməkdir. Natiq Nəsirov, komitədə Fuad Muradovun ən yaxınıdır. O isə, son zamanlar uğurları ilə diqqət mərkəzində olan nazir Fərid Qayıbovla bir komandada yer alır.

Dördüncüsü, prezident seçkiləri ərəfəsində GİN-dən şikayət məktubunda adları olan narazı idman jurnalistlərinin bir qisminin səmimi olmadığı ortaya çıxıb. Bir sözlə, artıq barışı pozan tərəf bəllidir. Zatən ilk gündən bunu ehtimal edirdim və bu barədə nazirlikdə söhbətimiz olmuşdu. Aydındır ki, onlara toparlanmaq, iqtisadi məngənədən çıxmaq üçün vaxt lazım idi. Misal üçün, hazırda prosport.az-ın arxasında “Misli”nin dayandığı görünür. Bu şirkətin baneri saytın ən yuxarı hissəsindədir (öncə basketbol federasiyasının lövhəsi yerləşirdi). Günə 5-10 xəbər paylaşan, baxış sayı 3 rəqəmini aşmayan, cəmi 1,5 ildir fəaliyyət göstərən bir KİV-ə hansı əsasla reklam verilib?..

Kamran HACI

Həmin kateqoriyadan