- Baxış sayı: 174
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 174
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 1-ci turu “Sabah”ın futbolçusu Coşqun Diniyev üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, o, “Səbail” ilə matçda 50-ci çempionat matçına çıxıb.
Yarımmüdafiəçi, debüt etdiyi 2018/19 mövsümündə 13, 2019/20 mövsümündə 14 matçda şans qazanıb. O, ötən çempionatda 22 dəfə fürsət qazanıb. Əvvəlki üç çempionatda 49 dəfə meydana çıxan Coşqun son iki mövsümün hərəsində 1 dəfə fərqlənib.
O, klub tarixinə premyer liqada 50 və daha çox oyun keçirən 3-cü futbolçu olub. Yalnız Saşa Stamenkoviç (60) və Filip İvanoviç (55) daha çox imkan qazanıb.