- Baxış sayı: 71
- 06 Mart 2026 20:40
- Baxış sayı: 249
- Mart 13, 2026
- 0

13-14 martda Binə atçılıq mərkəzində Azərbaycan atçılıq federasiyasının təşkilatçılığı ilə peşəkar çövkən liqasında yeni mövsümün ilk turunun oyunları keçirilmişdir.
Allsport.az xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində dövlət sərhəd xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatmışdır.
Mövsümün açılış turu gərgin və maraqlı qarşılaşmalarla yadda qalmışdır. Turun ilk oyununda “Zəfər” komandası “Şamaxı” komandası üzərində minimal hesablı qələbə qazanmışdır. Görüş boyu hər iki komanda hücum cəhdləri ilə fərqlənsə də, qarşılaşmanın taleyini həll edən yeganə qol “Zəfər”in aktivliyi nəticəsində qeydə alınmış və matç 1:0 hesabı ilə başa çatmışdır.
Günün ikinci yarısında isə “Embawood” və “Ömər” komandaları maraqlı oyun nümayiş etdirmişdir. Dinamik hücumlarla keçən qarşılaşmada “Embawood” komandası rəqibi üzərində üstünlük əldə edərək 2:1 hesablı qələbə qazanmışdır. Bu nəticə ilə “Embawood” yeni mövsümə uğurlu start verən komandalar sırasında yer almışdır.
Mart ayının 14-də baş tutan qarşılaşmalar da maraqlı nəticələrlə yadda qalmışdır.
Belə ki, “Elit” komandası “Buta Qolden” üzərində 1:0 hesablı qələbə qazanmışdır. “Sərhədçi” komandası isə turunun ən böyükhesablı qələbələrindən birinə imza ataraq “Atilla” komandasını 10:0 hesabı ilə məğlub etmişdir.
Günün son, turun ən məhsuldar oyunu “Polad” və “Xəzər” komandaları arasında baş tutmuş, “Polad” rəqibini 11:0 hesabı ilə üstələyərək mövsümə inamlı başlanğıc etmişdir.
Növbəti turun oyunları 27-28 martda keçiriləcək. Liqa 21 noyabradək davam edəcək.