“Çoxlu seyv etməyim yaxşı hal deyil”

“Barselona”nın qapıçısı Joan Qarsiya “Jirona”ya 1:2 hesablı məğlubiyyətdən sonra öz çıxışı barədə tənqidi fikir səsləndirib.

Allsport.az xəbər verir ki, 7 qurtarış etməsinə baxmayaraq, 24 yaşlı qolkiper komandasının müdafiə xəttindəki boşluqlardan narahatlığını bu sözlərlə ifadə edib: “Çoxlu seyv etməyim yaxşı hal deyil. Bu qədər işə düşməyim qeyd edilməli bir uğur yox, əksinə, müdafiədə çox asan qollar buraxmağımızın göstəricisidir.”

O, “Barselona”nın rəqibə həddindən artıq qol epizodu yaratmaq imkanı verdiyini və xüsusilə top itkisindən sonra rəqibi taktiki qayda pozuntuları ilə dayandırmaqda çətinlik çəkdiklərini vurğulayıb.

Həmin kateqoriyadan