- Baxış sayı: 91
- 12 Yanvar 2025 19:50
- Baxış sayı: 639
- Yanvar 10, 2025
- 0
Macarıstan paytaxtı Budapeştdə keçirilən dünya çempionatı qənimət baxımından millimiz üçün uğurlu olub. Allsport.az saytının statistika şöbəsinin məlumatına görə, 2 gümüş və 1 bürünc medal qazanan Fərhad Məmmədovun komandası mükafat sayında rekord edib. İndiyədək ən yaxşı halda, 2 dəfə fərqlənmişik.
Xatırladaq ki, Dunay sahilində Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) 2-si və Elmar Qasımov (100 kq) 3-cü olub; qadınlarda İrina Kindzerska (+78 kq) bürünc medala yetişib.
Ən yüksək nəticəmiz isə, 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş planetin ən güclülərinin yarışıdır. Həmin mücadilədə Elxan Məmmədov (100 kq) Azərbaycana ilk dünya çempionluğunu qazandırıb. O zaman Orxan Səfərov (60 kq) 3-cü olmuşdu.