- Baxış sayı: 39
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 790
- Mart 30, 2026
- 0

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi gürcüstanlı hücumçu Luka İmnadzeni transfer edib.
24 yaşlı hücumçu ilə 2020/21 mövsümün sonunadək müqavilə imzalanıb.
Son olaraq ölkəsinin “Samtrediya” klubunda çıxış edən İmnadze “Quriya”, “Saburtalo”, “Kolxeti” və “Rustavi” komandalarının da formasını geyinib.