- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 172
- Fevral 06, 2026
- 0

“Səbail” klubu “Fitogether” şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Allsport.az saytı xəbər verir ki, anlaşmaya əsasən, elektron performans izləmə sistemlərinin (EPTS ) istehsalı ilə məşğul olan şirkət ilə bağlanan müqavilənin müddəti 1 ildir.
“Fitogether” şirkətinin “OhCoach” sistemi FIFA “Keyfiyyət sertifikatı” proqramında dəqiqliyi və dözümlülüyü ilə yüksək qiymət alıb. Sistem həmçinin, “Beynalxalq oyun standartları sertifikatı”na (IMS) sahibdir.
“OhCoach” sistemi oyunçuların hazırlığının izlənilməsi, performanslarının qiymətləndirilməsi və faktiki analizlərin dəyərləndirilməsini özündə birləşdirir.