- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

“Səbail” Azərbaycan kubokunda ilk ev qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, bu, 1/8 finalın “Zaqatala” ilə matçına təsadüf edib.
3:2 hesabı ilə qalib gələn bakılılar bunadək öz meydanında qələbə sevinci yaşamamışdı. Öz meydanındakı üç görüşdə 1 heç-heçə və 2 məğlubiyyəti olan “dənizçilər” 4-cü cəhddən ilk qələbəsini rəsmiləşdirib.
Ümumilikdə, bu, paytaxt təmsilçisinin kubokda yubiley – 10-cu oyunu olub. 3-cü dəfə qalib gələn bakılıların 1 heç-heçəsi və 6 məğlubiyyəti var. Rəqib qapısından 13 top keçirən komanda 18 top buraxıb.