- Baxış sayı: 27
- 28 Noyabr 2024 15:48
- Baxış sayı: 74
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA intizam komitə bir araya gəlib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 21-ci turunun oyunları ilə bağlı qərarlar qəbul olunub:
“Neftçi-2” – “Ağsu” matçının 64-cü dəqiqəsində “Ağsu”nun futbolçusu Kənan Əşrəfli sonuncu ümid fouluna görə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Sumqayıt-2” matçında “Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə, 80 manat cərimə olunub.
“Zaqatala” – “Səbail-2” matçında “Səbail-2” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 44-cü dəqiqəsində “Səbail-2”-nin futbolçusu Jarjue Maudo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun başa çatdıqdan sonra “Səbail-2”-nin futbolçusu Rubin Seyidov hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə, 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Sabah-2” – “Şüvəlan” matçında “Şüvəlan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 67-ci dəqiqəsində “Şüvəlan”ın baş məşqçisi Adil Şükürov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə olunub.