- Baxış sayı: 34
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0
Almaniyanın Şimal-Şərq Regional Liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “RasenBallsport Leypsiq ll” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb. O, bu görüşdə sadəcə, sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.