- Baxış sayı: 26
- 01 Aprel 2026 13:21
- Baxış sayı: 804
- Mart 30, 2026
- 0

ABŞ-ın 2-ci liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun da çıxış etdiyi “Finiks Rayzinq” evdə “Las Veqas-Layts”a 5:1 hesabı ilə qalib gəlib.
Rüfət 27-ci və 44-cü dəqiqədə fərqlənib. Dadaşov bununla da mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb.
“Finiks Rayzinq” “B” qrupunda 26 xalla liderdir.