- Baxış sayı: 25
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Millimizin üzvü Bəhlul Mustafazadə “Sabah”dan ayrıla bilər. Allsport.az “ekstrabladet.dk” saytına istinadla xəbər verir ki, 23 yaşlı müdafiəçi Danimarkanın “Vayle” klubunun maraq dairəsindədir.
Super liqa təmsilçisi Mustafazadəni heyətinə qatmaqla müdafiə xəttindəki boşluğu aradan qaldırmaq fikrindədir.
“Vayle” çempionatda 13 turdan sonra topladığı 15 xalla 12 komanda arasında 10-cudur.
Bəhlul bu mövsüm premyer liqada keçirdiyi 6 oyunda 1 qol vurub. Onun “Sabah”la müqaviləsi 2022-ci ilin iyunun 30-da bitəcək.