- Baxış sayı: 42
- 04 Aprel 2025 10:00
- Baxış sayı: 42
- Aprel 04, 2025
- 0
FİFA İcraiyyə Komitəsi Rusiyada futbol üzrə 2018-ci il dünya çempionatının keçirilmə vaxtını təsdiqləyib. Allsport.az xəbər verir ki, turnir iyunun 14-dən iyulun 15-dək keçiriləcək.
Dünya Kubokunun görüşləri 11 şəhərdəki 12 stadionda – Moskva, Kalininqrad, Sankt-Peterburq, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburq şəhərlərindəki stadionlarda oynanılacaq.
Turnirdə ev sahibi Rusiya və 2014-cü il dünya çempionu Almaniya ilə yanaşı, 2016-cı il Avropa çempionatının, 2015-ci il Ameika kubokunun, 2015-ci il Asiya Kubokunun, 2017-ci il Afrika Millətlər Kubokunun, 2016-cı il Okeaniya Futbol Konfederasiyası Millətlər Kubokunun qalibləri, həmçinin ABŞ yığması və KONKAKAF-2015 Qızıl Kubokunun sahibi arasında keçirilən oyunun qalibi iştirak edəcəklər.