“Bizim üçün vacib sınaq olacaq”

Millimizin baş məşqçisi Canni De Byazi Qətərlə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis matçın əhəmiyyətindən danışıb:

“Qətər yığmasının son oyununu izləsək də, komanda haqda geniş məlumatımız yoxdur. Lüksemburq komandasına qarşı keçirdiyi oyuna əsasən deyə bilərəm ki, fiziki cəhətdən güclü komandadır. Özəlliklə, irəli xətdə yer alan hücumçuları qeyd edə bilərəm

Serbiya ilə oyun öncəsi bizim üçün vacib sınaq olacaq. Portuqaliya qarşılaşmasından sonra, bu oyun komandamızın inkişaf etməsinə daha çox kömək edəcək. Portuqaliya ilə oyundan öncə futbolçulara qələbə qazanmaq istədiyimi bildirim.

Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci hissədə meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı oyunda bəzi digər oyunçulara fürsət verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdır”.

Martın 27-də Macarıstanın Debretsen şəhərində “Nadyerdei” stadionunda qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan