De Byazi: “Futbolçulardan topu tez-tez arxaya ötürməyi mən xahiş etməmişdim”

Millətlər liqasının 1-c turunda Lüksemburqa evdə uduzan (1:2) millimizin baş məşqçisi Canni De Byazi fikrini bölüşüb. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis məğlubiyyəti şərh edib:

“İlk 10 dəqiqəni yaxşı başlaya bilmədik. Topla düzgün rəftar etmirdik. Ola bilsin, bu, psixoloji problemlə bağlı idi. Özümüzə gələndə, 26-cı dəqiqədə qırmızı kart planları alt-üst etdi. Buna rəğmən, qol vurduq. İkinci yarıda heç nədən qollar buraxıb işimizi çətinləşdirdik. Çempionat təzə başlayıb. Futbolçular tam hazır deyillər.

Lüksemburq yaxşı komandadır, xeyli müddətdir bir yerdə oynayırlar. Biz 12 məşqlə hələ heç nə edə bilmərik. Çox çalışmalıyıq. Hər turnirdən maksimum yararlanmalıyıq. Güclü rəqibə qarşı istəkli idilər. Futbolçularımız topu tez-tez arxaya ötürürdülər ki, bunu da mən onlardan xahiş etməmişdim. Fiziki durumda problemlərimiz var”.

Həmin kateqoriyadan