- Baxış sayı: 41
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
“Sabah”ın qapıçısı Saşa Stamenkoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan yığmasının Serbiyaya qarşı keçirəcəyi matçla bağlı fikirlərini bildirib. Allsport.az sport.blic.rs saytına istinadla xəbər verir ki, serbiyalı qolkiper Azərbaycan yığmasının Portuqaliya ilə oyundakı strategiya ilə meydana çıxacağını deyib:
“Həftədə üç oyun keçirmək çətindir və bu səbəbdən oyuna nəsə proqnoz vermək olmur. Ancaq Canni De Byazi komandanı yaxşı qurmaq üçün əlindən gələni edəcək. Əminəm ki, Azərbaycan yığması Portuqaliya ilə oyundakı startegiya ilə meydana çıxacaq.
Bir çox milli komandanın ilk 15-20 dəqiqə problemi var. Azərbaycan yığmasında klubumdan 6 futbolçu var. Həm onlar, həm də digərləri üçün Serbiyaya qarşı yaxşı oynamaq və bununla da, ilk iki oyundakı məğlubiyyətin günahını yumağın çox vacib olduğunun fərqindəyəm”.
Martın 30-da keçiriləcək Azərbaycan – Serbiya matçı saat 20:00-da start götürəcək.