“Oyundan sonra futbolçulara təşəkkür etdim”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiya yığmasına evdə uduzduqları matçdan (1:2) sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis məğlubiyyəti şərh edib:

 “Fiziki və texniki baxımdan çox güclü komandaya qarşı oynayırdıq. Buna görə heyəti qurarkən fərqli qərar qəbul etmişdim. Fiziki cəhətdən daha güclü futbolçulara ehtiyac vardı. Əlbəttə, nəticəyə görə narahatam. Fikirləşirəm ki, fərqli nəticə ola bilərdi. Oyun ərzində 4 yaxşı imkanımız oldu.

Təəssüf ki, bunlardan yararlana bilmədik. Komandadan razı qaldım və əminəm ki, inkişafımızı davam etdirəcəyik. Oyundan sonra futbolçulara təşəkkürümü bildirdim. Çox istəkli cavan oyunçularımız var. Bəzən səhvlər bizə baha başa gəlir. Bu gün də belə oldu. Bizim oyunlara baxan başa düşər ki, pozitiv məqamlar çoxdur. Bu gün də son 10 dəqiqədə məğlub olduq”.

Həmin kateqoriyadan