De Byazi qələbəni şərh etdi: “Xoşuma gələməyən şeylər vardı”

Millətlər liqasının 2-ci turunda səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn yığmamızın baş məşqçisi Canni De Byazi mətbuat konfransında fikrini bölüşüb. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis qələbəni şərh edib:

“Çox yaxşı oyun keçdi. İlk hissədə daha çox qol vura bilərdik. Sevinirik ki, nəticə bizim xeyrimizə oldu. İkinci hissədə yorğunluq hiss olunurdu. Bir az da gərginlik var idi. Sevindirici haldır ki, oyunu tam heyətlə tamamladıq. Lüksemburqla müqayisədə, müəyyən dəyişiklik etdik. Xoşuma gələməyən şeylər vardı. Ən vacib futbolçuların istəkli olmasıdır.

İlk gündən demişdim ki, uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq. Əgər belə olarsa, bu gün qazandığımız qələbələrin sayı çox olacaq. Bu gün komandamız qələbə qazanmaqla yanaşı, qısa müddət ərzində məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”.

Həmin kateqoriyadan