- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Millətlər liqasının qrup mərhələsində sentyabrın 5-də Bakı olimpiya stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Allsport.az tədbirlərin vaxtını təqdim edir:
4 sentyabr
Azərbaycan milli komandası
Saat 17:15. Mətbuat konfransı
Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Lüksemburq milli komandası
Saat 18:00. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər iki mətbuat konfransı və məşq Bakı Olimpiya Stadionunda təşkil olunacaq.