De Byazinin məğlubiyyət şərhi: “Hər iki vəzifənin öhdəsindən gəldik”

DÇ-2022-nin seçmə mərhələsində keçirilən Portuqaliya – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Canni De Byazi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti şərh edib:

“Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq. Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq. Texniki cəhətdən bizdən çox güclü olan komanda ilə oynayırdıq. Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik.

Seçmə mərhələdəki konkret hədəfimiz haqqında indidən danışmaq çətindir. Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin oyunda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.

Həmin kateqoriyadan